Hazırda Şuşa Dövlət Peşə Təhsil Mərkəzi yaradılır, Ağdam, Qubadlı, Zəngilanda isə peşə təhsil müəssisələri ilə bağlı layihələndirmə işləri aparılır.
Busaat.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Mehriban Vəliyeva komitənin bugünkü iclasında “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlara təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, Füzulidə peşə məktəbinin tikintisinə başlanılacaq:
“Eyni zamanda bu il doqquz yeni peşə təhsili ixtisası yaradılır. Hesab edirəm ki, dəyişiklik Qarabağ və Şərqi Zəngəzurda peşə təhsilinin müasir tələblərə uyğun qurulmasına da imkan verəcək”. (Report)