
Həbsdə olsa da, yenidən Gorusun meri seçildi
Ermənistanda həbsdə olan Aruş Aruşanyan Gorus icmasının rəhbəri seçilib.
Busaat.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, seçkilər yeni Ağsaqqal Şurasının ilk iclası zamanı keçirilib.
Qeyd edək ki, Aruşanyan Gorusun meri olaraq iyulun 16-sı həbs olunub. O, səsvermənin gizliliyini pozmaqda, seçici hüquqlarının həyata keçirilməsinə mane olmaqda, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, qanunsuz sahibkarlıqda iştirakda, həmçinin dələduzluqda ittiham olunur.
Buna baxmayaraq, onun başçılıq etdiyi “Aruş Aruşanyan” bloku Gorusda yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərdə qalib gəlib.























