“Heç bir halda yaşayış yerimizi tərk etməyəcəyik” – Laçının qondarma meri

“Heç bir halda yaşayış yerimizi tərk etməyəcəyik” – Laçının qondarma meribackend

“Laçın bizdədir, mən qalıram, sakinlər də buradadır”.

Busaat.az xəbər verir ki, bu barədə qondarma Dağlıq Qarabağ rejiminin Laçın rayonu üzrə “meri” Muşeq Alaverdyan bildirib.

O, əhalinin və özünün yaşayış məntəqələrini tərk etməyəcəklərini qeyd edib:

“Təhlükəsizliyə zəmanət verə bilmərəm, amma heç bir halda biz yaşayış yerini tərk etməyəcəyik. Danışıqlar erməni diplomatiyası tərəfindən aparılır. Hazırda hansı razılığın əldə olunduğunu bilmirəm. Bugün Rusiya sülhməramlılarının hərbi korpusunun rəhbəri ilə görüşməmişəm. Dəqiq məlumatım yoxdur, amma mənə konkret evakuasiya əmri də verilməyib. Sus və Ağavno (Zabux – red.) kəndlərinin sakinlərini yaşayış yerlərini tərk etməməyə çağırırıq”, – Alaverdyan deyib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladıqları Bəyanata uyğun olaraq, bu gün Laçın rayonu Azərbaycana qaytarılıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90