“Heç bir qonşumuzun torpağında gözümüz yoxdur”

“Heç bir qonşumuzun torpağında gözümüz yoxdur”backend
image-busaat_banner_768x90

“Birlikdə bölgəmizdəki çətinliklərin öhdəsindən gələ bilərik”.

Busaat.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Bağdada səfəri çərçivəsində İraq müdafiə naziri Cuma İnad Saadoun Əl-Cuburi ilə görüşündə deyib.

Nazir qeyd edib ki, hər baxımdan dünyanın ən gözəl coğrafiyası olan Orta Şərqi bölgədə sülh və təhlükəsizliyin mərkəzinə çevirmək olar:

“İraqın ərazi bütövlüyünə, suverenliyinə və rifahına hörmətlə yanaşırıq. İraqın siyasi birliyi bizim üçün əsasdır.

Hər zaman səmimiyyətlə ifadə etdiyimiz kimi, tək məqsədimiz xalqımızın təhlükəsizliyini təmin etmək, sərhədlərimizi qorumaq, sərhədlərimiz daxilində sülh və rifah içində yaşamaq, haqq və mənfəətlərimizi müdafiə etməkdir. Heç bir qonşumuzun torpağında gözümüz yoxdur”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90