İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri də göyərtəsində olduğu helikopterin qəzasında həlak olanların hamısının cənazələri hadisə yerindən çıxarılıb.
BUSAAT.az-ın “Al-Jazeera” telekanalına istinadən məlumatına görə, bu barədə Qırmızı Aypara Cəmiyyətinin İran üzrə rəhbəri Pir Hüseyn Kolivənd deyib.
O bildirilib ki, axtarış başa çatıb, cənazələrin hamısı sonrakı proseslər üçün Təbrizə yola salınıb.