“Həmin platformalar növbəti həftələrdə VPN-siz işləyəcək”- Təhsil naziribackend

“Biz başa düşürük ki, noyabrın 2-dən distant təhsilə keçid müəyyən çətinliklər yaradacaq”. 

Busaat.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev brifinqdə deyib.

O bildirib ki, son həftələrdə koronavirusa yoluxma halları sürətlə artıb:

“İnanıram ki, müəllimlər və şagirdlərlə birgə nə qədər çətin olsa da, bu mürəkkəb prosesdən çıxacağıq. Ölkədə “Teams” kimi platformalarda kifayət qədər işlər görülüb. Aidiyyatı dövlət qurumları ilə birgə həmin platformanın işləməsi üçün testlər aparılıb. Həmin platformalar növbəti həftələrdə VPN-siz işləyəcək. VPN istifadə edənlər çətinliklərlə qarşılaşa bilərlər”.

Emin Əmrullayev əlavə edib ki, növbəti bir neçə həftə təhsil distant şəkildə olacaq: “Təhsillə bağlı platformalarda internet məhdudiyyəti aradan qaldırılacaq. Bir çox hallarda görürük ki, insanların VPN-lərdən istifadəsi problem yaradır. Artıq istifadəyə verəcəyimiz platformalar VPN-siz işləyəcək”.