Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 078 $▼0.53%
  • Ethereum1 762 $▼0.64%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Henkel Konserni Rusiyadakı aktivlərinin satışını başa çatdırdığını elan edib

image-41052290_0_133_2560_1573_1920x0_80_0_0_b96d7c23a432e8c4afacae2ef21fb9f8-jpg
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Dünyanın aparıcı məişət və sənaye kimyası istehsalçılarından biri olan Almaniyanın Henkel AG konserni Rusiyadakı aktivlərini satıb.

Busaat.az xəbər verir ki, bu barədə RİA Novosti konsernin mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Sövdələşmə 54 milyard rubl təşkil edib, əməliyyat artıq başa çatıb”, – konsernin saytında bildirilir.

Bundan əvvəl “Henkel” Rusiyadakı biznesini satmaq üçün yerli investorların konsorsiumu ilə müqavilə bağladığını açıqlamışdı.

Henkel nümayəndəsi bildirib ki, sövdələşməyə baxmayaraq, konsern Rusiyadakı biznes satışından zərər görəcək.

Hazırda Henkel-in Rusiya aktivlərinə sahib olan konsorsiuma Augment Investments, Kismet Capital Group və Elbrus Services daxildir.

Qeyd edək ki, Henkel şirkətlər qrupu məişət kimyası, kosmetika və tikinti məhsulları istehsal edən Avropanın ən böyük kimya konsernilərindən biridir. Şirkətin brendləri arasında Moment kley, Pemolux təmizləyici məhsullar, Persil, Pemos, Losk, Laska, Vernel, kosmetika və gigiyena məhsulları Fa, Taft, Shamtu, Schwarzkopf, Syoss, bitirmə məhsulları Ceresit, Metylan və s. yer alır.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=108803