“Hər gün xəstə sayı 200 nəfərə yaxın artır” – Həkim

“Hər gün xəstə sayı 200 nəfərə yaxın artır” – Həkimbackend

“Koronavirusla əlaqədar Bakıda bütün xəstəxanalarda yerlər dolub”.

Busaat.az xəbər verir ki, bunu ötən gün koronavirusu yüngül keçirən xəstələrin evdə qalması ilə bağlı qəbul olunan qərarı şərh edən fleboloq-cərrah İsmayıl Əsgərov bildirib.

İsmayıl Əsgərova görə, ölkəmizdə hər gün yoluxma 300-350, sağalma sayı isə 100-150 nəfər olur. Beləliklə, hər gün xəstə sayı 200 nəfərə yaxın artır. Bu isə 200 çarpayı deməkdir:

“Demək olar ki, Bakıda koronavirusla əlaqədar bütün xəstəxanalarda yerlər dolub. Buna görə də əvvəllər “Atletlər kəndi” adlanan sahədə insanlar karantinə alınırdısa, artıq məcburən xəstələr də yerləşdirilir. Hətta Bakı qeydiyyatı olan ağırlaşan xəstələrdən bölgələrə karantinə aparılanlar da var. Ona görə də Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, simptomsuz və ya yüngül əlamətləri olan şəxslərin ev şəraitində özünü təcrid etməklə müalicəsinə icazə veriləcək. Bu qərar Avropada ilk günlərdən var idi. Sadəcə xəstəliyi simptomsuz və yüngül əlamətlərlə keçirən insanların evdə qalmaq məsələsi disiplin tələb edir. Ümumdünya Səhiyyə Təşkilatı yeni qərarı ilə xəstəliyin asimptomatik (testi müsbət çıxan yoluxmuş, ancaq xəstəlik əlamətləri olmayan) xəstələrdən, sağlam insanlara keçməsi çox az ehtimalla baş verir. ÜST-ün bu qərarından sonra ölkəmiz də evdə təcrid qərarını planlaşdırır”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90