“Hər zaman gənclərə dəstək olacam”- bu fikirləri Xalq Artisti, Prezident təqaüdçüsü, Mədəniyyət Dalğası İctimai Birliyinin sədri Nisə Qasımova bildirib.
“Hər zaman gənclərə dəstək olmuşam və oluram. Əlbəttə ki, bundan sonra da olacam. Burada söhbət istedadlı, səsi olan gənclərdən gedir. Mən müğənniliyə başlayanda heç kəs əlimdən tutmadı, mənə dəstək olmadı. Bu sənətin hər çətinliyini görmüşəm. İstəmirəm ki, istedadlı gənclər kənarda qalsın, itib-batsın. İncəsənətimizə yararlı gənclərə dəstək olmaq borcumuzdur”.
“Rəhbəri olduğum “Mədəniyyət dalğası” İctimai Birliyinin əsas vəzifə və məqsədi elə gənclərə dəstək olmaqdır məhz buna görə bir necə layihəmiz hazırlıq mərhələsindədir.” -deyə Xalq artisti bildirib.