
Hesabat: ABŞ-da orduya inam 50 faizdən aşağıdır
ABŞ-da aparılan araşdırma orduya inamın 50 faizə qədər azaldığını ortaya çıxarıb. İştirakçıların 62 faizi bunun səbəbinin ordu komandanlığının artan siyasiləşməsi ilə bağlı olduğunu bildirib.
Busaat.az xəbər verir ki, bu barədə məlumatı Kaliforniyada yerləşən Ronald Reyqan Fondu yayıb.
Fondun noyabr ayında ABŞ-ın müxtəlif ştatlarında keçirdiyi ictimai rəy sorğusunda ABŞ xalqının 48 faizinin orduya güvəndiyi məlum olub.
2018-ci ildə təxminən 70% olan inamın son dörd ildə 50 faizdən aşağı düşdüyü ifadə edilən araşdırmada iştirakçılara bunun səbəbləri il bağlı suallar ünvanlanıb.
Respondentlərin 62 faizi “hərbi komandanlığın çox siyasiləşdiyini” bildirsə də, mülki idarələrin verdiyi qərarların, xüsusilə Əfqanıstanı tərk etməyin orduya inamı azaltdığı qeyd olunub.
Araşdırmada orduya getmək istəyib-istənilmədiyi barədə də suallar verilib. “Mən heç vaxt qoşulmaq istəmirəm” və ya “Qoşulmaq istəmirəm” cavabını verənlərin nisbəti 54% təşkil edib.
Araşdırmada demokratların 73 faizi, respublikaçıların isə 51 faizi Ukraynaya yardımın davam etdirilməsini dəstəklədiyini bildirib.
NATO-ya 60 faiz etibar edildiyi qeyd edilən araşdırmada iştirakçıların 72 faizi hər hansı bir NATO tərəfdaşı Rusiya tərəfindən hücuma məruz qaldıqda hərbi reaksiya verilməsinin tərəfdarı olub.
İştirakçıların 54 faizinin ABŞ-ın Çinlə bağlı dəqiq strategiyası olmadığı fikrini ifadə etdiyi araşdırmada iştirakçıların 71 faizi Rusiya-Ukrayna müharibəsinin Çini Tayvanı işğal etməyə ruhlandıracağını düşünüb.
Busaat.az























