Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 024 $▲1.43%
  • Ethereum1 828 $▲3.36%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
Dünya

HESABAT: Afrikada 150 milyondan çox uşaq yoxsulluq şəraitində yaşayır

image-107456-1199094483
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

 Afrikanın şərqində və cənubunda 150 milyondan çox uşağın həm yoxsulluq, həm də iqlim dəyişikliyinin mənfi təsirləri ilə böyüdüyü bildirilib.

Busaat.az xəbər verir ki, bu barədə məlumat “Save the Children Fondu”nun hazırladığı son hesabatda yer alıb.

Hesabatda, Cənubi Sudanda uşaqların 87%-nin hər iki təhlükəyə ən çox məruz qaldığı, ikinci yerdə 80% göstərici ilə Mozambikin, üçüncü yerdə isə, 73% ilə Madaqaskarın olduğu ifadə edilib.

Keniyada isə, 16,3 milyon uşağın hər iki problemin mənfi təsirləri ilə yaşadığı bildirilib.

Hesabatda vurğulanıb ki, iqlim dəyişikliyinə və bərabərsizliklərə qarşı təcili tədbirlər görülməsə, milyonlarla insan növbəti daşqın və ya quraqlıq kimi fəlakətlərə qarşı daha həssas vəziyyətə düşəcək.

Qitənin şərqində və cənubunda bəzi bölgələr həddindən artıq quraqlıqla mübarizə apararkən, bəzi bölgələr güclü yağışların səbəb olduğu sel fəlakətləri ilə üz-üzədir.

Qeyd edək ki, iqtisadiyyatı xaricdən asılı olan Afrika ölkələri ərzaq qiymətlərində qlobal artımın yaratdığı iqtisadi böhrandan ən çox təsirlənənlər sırasındadır.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=88868