Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin66 720 $▼2.20%
  • Ethereum1 892 $▼1.86%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Hadisə

Həsən Feyziyev vəfat etdi

image-defn-merasimi-scaled-3-jpg-1732604433
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Alim, Əməkdar müəllim, professor Həsən Feyziyev 88 yaşında vəfat edib.

Busaat.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Mətbuat xidmətindən verilən məlumata görə, H.Feyziyev bu gün səhər saatlarında dünyasını dəyişib.

H.Feyziyev 1936-cı ildə anadan olub. Bakı Energetika Texnikumu və Azərbaycan Neft və Kimya İnstitutunu fərqlənmə ilə bitirib, elmi fəaliyyətini 1969-cu ildə Moskvada VODGEO Elmi-Tədqiqat İnstitutunda müdafiə etdiyi namizədlik dissertasiyası ilə başlayıb. 1980-ci ildə Moskvada doktorluq dissertasiyasını müdafiə edib və 1982-ci ildə professor elmi adına layiq görülüb. AzMİU-nun inkişafında və istilik təchizatı, istilik texnikası sahəsində dünya miqyaslı elmi nailiyyətlərin əldə edilməsində əvəzsiz xidmətlər göstərib. O, 1978-ci ildən başlayaraq Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda, daha sonra isə Azərbaycan Memarlıq və İnşaat Universitetində “İstilik təchizatı və istilik texnikası” kafedrasına rəhbərlik edib, 2012-ci ilə qədər bu vəzifədə fəaliyyət göstərib. Onun rəhbərliyi altında həyata keçirilmiş elmi-tədqiqat işləri və layihələr bir çox ölkələrdə tətbiq edilir.

Allah rəhmət eləsin!

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=153555