“Heydər Əliyev Fondunun dəstəyi olmasaydı, Oqtay aramızda olmazdı”

image-oqtaybackend

Ötən ilin sentyabrında piyada xəttində avtomobil vurması nəticəsində komaya düşən və müalicəsi Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətində irəliləyiş var.

Busaat.az xəbər verir ki, O. Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva “Turan” İnformasiya Agentliyinə müsahibəsində bildirib ki, həyat yoldaşı hər gün həkim nəzarətindədir:

“Oqtay bəyin durumunda yaxşılaşmalar gedir, əllərini hərəkət etdirir, artıq nəsə demək istəyir. Əlləri ilə “hə”, “yox” deyir, cavab verə bilir. Həkimlər deyib ki, səs telləri düzələcək, bu günə kimi 1-2 dəfə səsi də gəlib. Gözləyirik, tam sağalsın və danışa bilsin. Hər gün tibb bacıları gəlib baxırlar, qulluq edirlər”.

F. Gülalıyeva qeyd edib ki, dövlətin və Heydər Əliyev Fondunun dəstəyi olmasa idi, Oqtay Gülalıyev aramızda olmazdı: “Oqtay bəy Heydər Əliyev Fondu tərəfindən Türkiyəyə əməliyyata göndərildi. Orada başından 3 dəfə əməliyyat olundu.

Həmin vaxt Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov özü birbaşa mənimlə telefonla əlaqə saxlayırdı. Oqtay bəyin vəziyyətinin yaxşılaşması və səhhətinin əvvəlki vəziyyətə qayıtması üçün əllərindən gələni edirdilər.

Oqtay bəy üçün Azərbaycanda 20 faiz yaşayacağını demişdilər, onu Türkiyəyə göndərməsəydilər, bəlkə də, indi Oqtay bəy bizim aramızda deyildi. İndi sağlamlığı xeyli yaxşılaşıb, irəliləmə var.

Həyatda qalması Heydər Əliyev Fondunun dəstəyi ilə mümkün oldu və hazırda da həkim nəzarətindədir. Fondun Prezidenti Mehriban xanıma göstərdikləri dəstəyə görə təşəkkürümü bildirirəm”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90