İndoneziyanın Sumatra adasının sahilində yerləşən Bongkulu şəhərindən 851 km cənub-qərbdə, Hind okeanında 5,9 bal gücündə güclü zəlzələ baş verib. Busaat.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsi məlumat yayıb.
Zəlzələlər saat 08:32-də Kokos adaları qrupuna daxil olan Home adasından 254 km şimalda və şimal-şərqdə qeydə alınıb. Kraterin dərinliyi 10 km-dir.