Hindistan Aya kosmik gəmi göndərib

image-default-2023-07-14t173640-450backend

Hindistan “Çandrayaan-3” kosmik gəmisini  uğurla Aya buraxıb.

Busaat.az xəbər verir ki, Andhra Pradeşdəki Satish Dhawan Kosmik Mərkəzindən buraxılışın görüntüləri Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) tərəfindən paylaşılıb.

Sanskrit dilində “Ay vasitəsi” mənasını verən “Çandrayaan-3″, Ayın az araşdırılmış cənub tərəfini kəşf etmək üçün nəzərdə tutulub. Lakin əvvəlcə o, Yerin peykinin səthinə uğurla eniş etməlidirr. Əvvəllər bunu yalnız Çin, Sovet İttifaqı və ABŞ bacarırdı. “Çandrayaan-3”-ün avqustun 23 və ya 24-də eniş etməyə cəhd edəcəyi bildirilir.

Busaat.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki