
Hindistanda “Biparjoy” qasırğası iki nəfərin həyatına son qoyub
Hindistanın Qucarat əyalətində ötən gecə baş verən “Biparjoy” qasırğası nəticəsində iki nəfər həyatını itirib.
Busaat.az bu barədə NDTV telekanalına istinadən xəbər verir.
Ərəb dənizində 10 gün davam edən Biparjoy siklonu axşam saatlarında Qucarat ştatının Cakhau limanının yaxınlığındakı sahilə çatıb. İlkin məlumatlara görə, külək 524 ağacı və elektrik dirəyini aşaraq, 940-a yaxın kəndin elektrik enerjisinin verilişini kəsib. Hazırda hakimiyyət orqanları qurbanlar və dağıntılar barədə məlumat toplayır.
Qeyd edək ki, bu regionda bu il baş verən ilk ən güclü siklondur.
Busaat.az























