Hindistanda COVID-19-dan ölənlərin sayında növbəti rekord

image-indiabackend

Hindistanın Səhiyyə və Ailə Rifahı Nazirliyi ötən gün ərzində ölkədə koronavirusa 392 488 yoluxma faktı qeydə alıb, xəstələnənlərin ümumi sayı 19 557 457-yə çatıb.

Bu barədə Busaat.az TASS-a istinadən xəbər verir.

Son 24 saat ərzində koronavirus qurbanlarının sayı rekord sayda – 3 689 nəfər artıb və 215 542 nəfər təşkil edib. Daha əvvəlki anti-rekord aprelin 29-da qeydə alınmışdı (3 645 ölüm halı).

Eyni zamanda, son sutka ərzində koronavirusdan sağalanların sayı 307 865 nəfər artıb və 15 992 271-ə çatıb.

Ölkədə 3 349 644 aktiv koronavirus xəstəsi var ki, bu da ötən sutka ilə müqayisədə 80 934 nəfər çoxdur.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90