Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 699 $▼3.70%
  • Ethereum1 831 $▼5.02%
  • S&P 5007 562▼0.40%
12°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Hindistanda iki rusiyalı iş adamı öldürüldü – TƏSADÜF, yaxud CİNAYƏT?

image-hindistan-polisinden-kritik-kripto-dolandiriciligi-uyarisi
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Hindistan polisi eyni oteldə iki gün fərqlə vəfat edən iki Rusiya vətəndaşının ölümünü araşdıracaq.

Busaat.az xəbər verir ki, Hindistanda polis rəsmiləri ölkənin Odişa əyalətinin Rayaqada rayonunda oteldə ölən rusiyalı biznesmen və siyasətçi Pavel Antov və onun dostu Vladimir Bidenovun ölümü ilə bağlı araşdırma aparacaqlarını açıqlayıb.

Hindistan polisi bildirib ki, Bidenov dekabrın 22-də infarktdan dünyasını dəyişib. Onun dostu
Antov isə, dekabrın 24-də otelin damına çıxıb və damdan yıxılaraq ölüb.

Hindli bir polis məmuru “Anadolu” agentliyinə açıqlamasında “Antovun təsadüfən, yoxsa intihar nəticəsində” ölməsi ilə bağlı şübhələrinin olduğunu və bu istiqamətdə araşdırma aparıldığını deyib.

“TASS” xəbər agentliyinə danışan Rusiyanın Hindistanın Kəlkütə şəhərindəki baş konsulu Aleksey İdamkin, “4 nəfərlik turist qrupu Rayaqadada bir oteldə istirahət edirdi. Ötən həftənin cümə axşamı günü Vladimir Bidenov vəfat edib. Polisin məlumatına görə, onun ölümünə səbəb infarkt olub. Ötən şənbə Vladimir vilayətinin Qanunvericilik Məclisinin deputatı Pavel Antov pəncərədən yıxılıb və ölüb” – deyə, qeyd edib.

Məsələni yaxından izlədiklərini və həyatını itirən Rusiya vətəndaşlarının ailələri və Hindistan səlahiyyətliləri ilə daim əlaqə saxladıqlarını ifadə edən İdamkin, polisin faciəli hadisələrdə hələ də cinayət elementini tapmadığını iddia edib.

Qeyd edək ki, Antov dekabrın 24-də qaldığı otelin üçüncü mərtəbəsindən yıxılaraq ölüb, dostu Bidenov isə dekabrın 22-də həmin oteldə ölü tapılıb.

Forbes-in məlumatına görə, 2018-ci ildə sərvəti 146 milyon dollar olaraq qiymətləndirilən Antov “ən varlı siyasətçilərdən biri” sayılırdı.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=95509