Hindistanda təbii fəlakət: 36 insan öldü

image-hindistan-selbackend

Hindistanda son 24 saat ərzində şiddətli yağış və ildırım səbəbi ilə 36 sakinin həlak olduğu bildirilib.

Busaat.az xəbər verir ki, bu barədə məlumat hindistanlı səlahiyyətlilər tərəfindən verilib.

Məlumatda Hindistanın şimalında yerləşən Uttar Pradeş əyalətində fasiləsiz davam edən yağışlar nəticəsində evlərin çökdüyü və 24 sakinin həyatını itirdiyi bildirilib.

Son 24 saat ərzində ildırım düşməsi nəticəsində isə, 12 əyalət sakini həyatını itirib.

Əyalətdə son 5 gün ərzində 39 nəfərin ildırım düşməsi nəticəsində həlak olduğu bildirilərkən, hökumət insanların fırtına zamanı özlərini necə qoruya biləcəkləri mövzusunda yeni təlimatlar elan edib.

Qeyd edək ki, Hindistanda İyun-Sentyabr aylarında ildırım vurmaları olduqca geniş yayılıb. Ölkədə 2016-cı ildə ildırım düşməsi nəticəsində 1 489 nəfər həyatını itirib. 2021-ci ildə bu say 2 869-a yüksəlib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90