
Hindistanda tikinti kranı AŞDI - 17 ölü
Hindistanda tikinti kranının aşması nəticəsində 17 nəfər ölüb.
Busaat.az xəbər verir ki, Hindustan Times məlumat yayıb.
Hadisə Mumbaydan 80 km aralıda, Thane rayonunda avtomobil yolunun tikintisində baş verib. Tikinti kranı estakadanın üzərinə çökərək beton konstruksiyanın bir hissəsini aşağı salıb.
Hadisə nəticəsində 17 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Dağıntılar altında daha beş nəfərin ola biləcəyi bildirilir.
Məlumata görə, zərərçəkənlərin hamısı estakadanın tikintisində işləyən işçilər olub.
Busaat.az























