Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft88.97 $▼3.79%
  • WTI neft82.95 $▼2.11%
  • Avropa qazı (TTF)83.72 €▼2.06%
  • Təbii qaz (ABŞ)3.189 $▲0.85%
  • Qızıl3 772 $▼0.40%
  • Gümüş45.71 $▼0.23%
  • Pambıq81.31 ¢▼0.07%
  • Buğda604.75 ¢▼0.08%
  • Bitcoin64 639 $▼0.36%
  • Ethereum1 810 $▼0.71%
  • S&P 5007 341▼1.07%
13°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Dünya

Hindistandakı naməlum xəstəliyin ilkin səbəbi açıqlandı

image-hindistan
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Hindistanda ötən həftədən etibarən yayılan müəmmalı qızdırmalı xəstəliyin mənşəyi barədə ilkin versiya irəli sürülüb.

Busaat.az xarici KİV-ə istinadən xəbər verir ki, xəstəliyin geniş yayıldığı Uttar-Pradeş ştatının rəhbərliyi bu “sirli qızdırmalı xəstəliy”in denq qızdırması səbəbindən baş verə biləcəyini güman edir. Bu xəstəlik isə əsas olaraq ağcaqanadlar vasitəsilə yayılır.

“Bu cür halların artmasının səbəbi hələ də araşdırılır, lakin əlamətlər denq qızdırmasının simptomlarıdır. Məsələ ilə bağlı ölkənin səhiyyə qurumları məlumatlandırılıb”, – deyə Uttar-Pradeş ştatının Baş katibinin səhiyyə məsələləri üzrə müavini Amit Mohan Prasad “İndia TV” telekanalına danışarkən bildirib.

Qeyd edək ki, ştatın yerli hakimiyyət nümayəndələri naməlum qızdırmalı xəstəlikdən 12-si uşaq olmaqla 70 nəfərin öldüyünü açıqlayıblar.

Xəstəliyə yoluxmuş şəxslərin əksəriyyətində yüksək temperatur, bədəndə suyun və qanda trombositlərin səviyyəsinin enməsi halları müşahidə edilib. Digərlərində isə denq qızdırmasına bənzəyən yüksək temperatur, güclü baş ağrısı, əzələlərdə ağrı, ürəkbulanma və limfa düyünlərinin artması kimi əlamətlər aşkarlanıb.

Açıqlamada qeyd olunur ki, leysan yağışları səbəbindən nəmişlik səviyyəsinin və temperaturun yüksək olması bu regionları qansoran həşəratlar vasitəsilə çoxalan infeksion xəstəliklərin yayılması üçün ideal məkana çevirir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=56257