Hindistanın Fransa istehsalı Rafale təyyarələrinə ehtiyacı var

image-464496-1338543565backend

 Hindistanın hərbi inventarına 4,5 nəsil təyyarələrin daxil edilməsi vacibdir və Fransa istehsalı olan Rafale təyyarələrinə ehtiyac duyuruq.

Busaat.az xəbər verir ki, bunu Hindistan Hərbi Hava Qüvvələrinin komandanı VR Çaudhari deyib.

Çaudhari 4,5 nəsil təyyarələrin Hindistanın inventarına daxil edilməsinin çox vacib olduğuna diqqət çəkərək, Fransa istehsalı olan Rafale təyyarələrinə ehtiyac duyduqlarını qeyd edib.

Fransa Hərbi Hava Qüvvələri komandanı Stephane Mille dünən iki ölkənin birgə təşkil etdiyi 7-ci Garuda hava təliminə qatılıb. Təlimdə iştirak edən Mille Hindistanın Baş Qərargah rəisi general Manoj Pande və Hərbi Dəniz Qüvvələri komandanının müavini admiral S.N.Qormade ilə də görüşüb.

Təlim barədə fikirlərini bölüşən Fransanın Hindistandakı səfiri Emmanuel Lenain, təlimin iki ölkəyə birlikdə hərəkət etmək imkanı verdiyini söyləyib. İki ölkə arasında hərbi əməkdaşlığın inkişafı ilə bağlı əvvəllər də müxtəlif danışıqlar aparılıb.

Qeyd edək ki, Qaruda hava təlimləri 2003-cü ildən iki ölkə tərəfindən ortaq şəkildə keçirilir. 2003, 2006 və 2014-cü illərdə təlimlər Hindistanın Qvalior, Kalaikunda və Codhpur şəhərlərində, 2005, 2010 və 2019-cu illərdə isə Fransada keçirilib. Təlim oktyabrın 26-da başlayıb və noyabrın 12-də başa çatacaq.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90