Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin63 633 $▼6.73%
  • Ethereum1 747 $▼9.34%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Hitlerin doğulduğu evdə polislərə insan haqları ilə bağlı təlim veriləcək

image-d41c69be-f433-41bc-8900-22176fa8e969
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Nasist lider Adolf Hitlerin 1889-cu ildə doğulduğu ev polisə insan haqları mövzusunda təlim keçmək üçün istifadə olunacaq.

Busaat.az xarici mediaya istinadən xəbər verir ki, Avstriyanın Almaniya ilə sərhədində yerləşən “Braunau Am Inn”dəki ev polis əməkdaşlarına insan haqları üzrə təlimlər keçirmək üçün istifadə olunacaq. Hökumətin uzun mübahisədən sonra keçən il aldığı binada təmir işlərinin payızda başlayacağı gözlənilir.

Hökumətin evlə bağlı planları ölkədə müzakirə obyektinə çevrilib. Bəzi avstriyalılar evin neonasistlər üçün mərkəzə çevrilməməsi üçün sökülməsini istəyir, digərləri isə sökülmənin Avstriyanın keçmişinin inkarı olacağını iddia edir. Digər qrup isə deyir ki, ev xeyriyyə məqsədi ilə istifadə olunmalıdır.

Avstriya hökuməti ifrat sağçı ekstremistlərin evə gəlməsinin qarşısını almaq üçün evi keçmiş sahibi Gerlinde Pommerdən icarəyə götürüb. Ev uzun müddətdir xeyriyyə təşkilatı tərəfindən xüsusi qayğıya ehtiyacı olan insanlar üçün gündüz baxımı mərkəzi kimi istifadə olunurdu. Hökumət daha sonra 2016-cı ildə evin 800 000 avroya müsadirə edilməsinə icazə verən qanun qəbul edib və satın alındıqdan üç il sonra Daxili İşlər Nazirliyi 17-ci əsrdən qalma evin polis bölməsinə çevriləcəyini bildirib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=110563