
Hiyləgərlərin məqsədi Rusiyada sabitliyi pozmaqdır - XİN
Sui-qəsdçilərin avantürist istəkləri Rusiyada sabitliyi pozmağa yönəlib.
Busaat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi mövcud daxili siyasi vəziyyətlə bağlı bildirib.
“Sui-qəsdçilərin avantürist hərəkətləri mahiyyət etibarı ilə ölkədə sabitliyi pozmağa, Rusiyanın beynəlxalq təhlükəsizliyini etibarlı şəkildə təmin etmək səylərini sarsıtmağa yönəlib”, – XİN-nin məlumatında deyilir.
“Silahlı qiyam cəhdi Vladimir Putini qətiyyətlə dəstəkləyən Rusiya cəmiyyətində kəskin narazılıqla qarşılanıb”, – XİN qeyd edib.
Nazirlik Qərb ölkələrinə Rusiyadakı daxili vəziyyətdən istifadə edərək, öz rusofob məqsədlərinə çatmaq cəhdlərinə qarşı xəbərdarlıq edib.
XİN bir daha bəyan edib ki, yaxın gələcəkdə vəziyyət Rusiya xalqının və Rusiya dövlətinin əsrlər boyu davam edən müdrikliyinə layiq şəkildə həll olunacaq.
Busaat.az























