
"Hizbullah" xəbərdarlığı: Təyyarələrdən vərəqlər atdılar
Yerli təhlükəsizlik mənbələrindən alınan məlumata görə, İsrail təyyarələri tərəfindən Kuneytranın Han Ernebe və Asbah qəsəbələrinə atılan bəyannamələrdə Dəməşq rəhbərliyinin Suriya ordusunun sıralarında yer alan Hizbullah terror təşkilatına bölgədə rahat hərəkət etmək üçün icazə verdiyi qeyd edilib.
Busaat.az xəbər verir ki, bəyanatda aşağıdakılar yer alıb:
“Bu, Suriya təhlükəsizlik qüvvələrinə xəbərdarlıqdır. Suriya rejim qüvvələri nəzarət-buraxılış məntəqələrində sakinlərə və İsrail üçün təhlükə yaradan Hizbullah ünsürlərinə keçid kartları verir. Hizbullahın bölgədə varlığına şərait yaradan Suriya rejimi bu siyasətini dəyişməlidir. Xəbərdar edirik ki, Hizbullahın bölgədə varlığı və terrorçuların sərbəst gəzməsinə icazə verməyəcəyik”.
Suriyanın cənubundakı Dəra və Kuneytra əyalətləri 2018-ci ilin ortalarında hərbi müxalifətin ölkənin şimalını tərk etməsindən sonra Dəməşq administrasiyasının nəzarətinə keçib.
Bu tarixdən etibarən Suriya ordusunun sıralarında olan Hizbullah və İranın dəstəklədiyi terror qruplaşmaları İsrail sərhəd xəttində mövqelərini gücləndirməyə başlayıblar.
Son illər İsrail qüvvələri Suriya ordusunun və onun himayə etdiyi Hizbullahın Suriyanın cənubundakı nöqtələrinə tez-tez hücumlar təşkil edir.
Busaat.az























