Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 071 $▼1.69%
  • Ethereum1 900 $▼1.44%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Hollandiyada polis eko-aksiyaçılara müdaxilə edib

image-1532199438616561886
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Hollandiyada polis təzyiqli su ilə yolu bağlayan ekoloqlara müdaxilə edib.

Busaat.az xəbər verir ki, “Yoxoluş üsyanı” adlı qrupun təşkilatçılığı ilə toplanan təxminən 3 min adam şəhərin girişi hissəsini bağlayaraq yollarda nəqliyyatın dayanmasına səbəb olub.

Neft, kömür və qazdan istifadəyə son qoyulmasını tələb edən etirazçılar hökumətin qalıq yanacaq siyasətini tənqid ediblər.

Əllərində “Ağac ək, qalığı dayandır” və “B planeti yoxdur” yazılmış plakatlar tutan nümayişçilər uzun müddət yolda oturaq aksiya keçiriblər.

Aksiyanın keçirildiyi yerin nümayiş üçün qadağan zona elan edildiyi barədə xəbərdarlıq edən polis aksiya başlayandan 5 saat sonra fəallara müdaxilə etməyə başlayıb.

Nümayişçilərə şırnaqla su çiləyən polis xəbərdarlıqlara baxmayaraq yolu və ətrafı tərk etməyənləri saxlayıb, ictimai avtobuslarla ərazidən uzaqlaşdırıb. Ümumilikdə 683 nəfər saxlanılıb.

NTV-nin xəbərinə görə, aksiya zamanı ağac budaqlarına, yol kənarındakı divara və küçə lampasına dırmaşan bəzi nümayişçilər polis tərəfindən zorakılığa məruz qalıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=103674