
Hollandiyadan Çin çipinə MƏHDUDİYYƏT
Hollandiya çip istehsalında istifadə edilən avadanlıqların Çinə ixracına məhdudiyyətlər qoyub.
Busaat.az xəbər verir ki, Xarici Ticarət və İnkişaf üzrə Əməkdaşlıq naziri Liesje Şraynmaxerin parlamentə təqdim etdiyi məktubda Çinə yarımkeçirici istehsal edən avadanlıqların ixracına əlavə məhdudiyyətlər barədə məlumat daxil edilib.
“Hökumət texnoloji inkişaflar, geosiyasi vəziyyət və beynəlxalq təhlükəsizlik baxımından yarımkeçiricilər istehsalı avadanlıqlarına ixrac məhdudiyyətlərini genişləndirmək qərarına gəlib”, – Şraynmaxerin məktubunda deyilir.
Məktubda qeyd olunub ki, çip istehsalı avadanlıqlarının ixracına gətirilən əlavə lisenziya öhdəliyi ilə Çinin bu maşınların hərbi texnologiyada istifadəsinin qarşısının alınması və Hollandiyanın sektordakı liderliyinə təhlükə yaratmasının qarşısının alınması hədəflənib.
Çip istehsalı avadanlığı istehsalında dünyanın aparıcı şirkətlərindən biri olan Hollandiyada yerləşən ASML, hökumətin məhdudlaşdırma siyasəti ilə bağlı verdiyi açıqlamada bunun şirkətin maliyyə vəziyyətində və uzunmüddətli siyasətində ciddi dəyişikliyə səbəb olmayacağını bildirib.
Açıqlamada məhdudiyyətin yalnız “ən qabaqcıl texnoloji” avadanlıqlar üçün gətirildiyi bildirilib və məhdudiyyətin əsasən bir çox texnoloji məhsullarda istifadə edilən yarımkeçirici litoqrafiya avadanlıqlarının kompüter istehsalından mobil cihazlara ixracına tətbiq ediləcəyi bildirilib.
Açıqlamada xatırladılıb ki, 2019-cu ildən bəzi yarımkeçirici litoqrafiya avadanlıqlarının ixracına məhdudiyyətlər tətbiq edilib.
Hollandiyanın Baş naziri Mark Ruttenin 2023-cü ilin yanvarında ABŞ-a səfəri zamanı sözügedən məhdudiyyətlər gündəmə gəlmiş, ABŞ-ın Çinə texnologiya ixracına qoyduğu məhdudiyyətlərə Hollandiya və Yaponiyanın da qatılacağı bildirilmişdi.
Busaat.az























