
Hondurasda 22 nəfərin ölümündən sonra komendant saatı tətbiq edilib
Honduras hökuməti ölkədə zorakılıq mühitində bir gecədə hücumlarda 22 nəfərin güllələnməsindən sonra iki şəhərdə komendant saatı elan edib.
Busaat.az bu barədə Reuters-ə istinadən xəbər verir.
Polisdən bildirilib ki, silahlı şəxslər axşam vaxtı Choloma şəhərində bilyard salonlarından birində atəş açaraq 11 nəfəri öldürüb, 3 nəfəri isə ağır yaralayıb.
Rəsmi mənbə Reuters-ə müxtəlif insidentlərdə ən azı daha 11 qətl hadisəsi barədə məlumat verib.
Honduras prezidenti Xiomara Kastro Choloma-da 15 günlük komendant saatı elan edib.
Busaat.az























