
Hondurasda qadın həbsxanasında iğtişaş - 40 ölü
Hondurasda qadın həbsxanasında baş verən iğtişaşlar zamanı ən azı 41 nəfər həyatını itirib.
Busaat.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin nümayəndəsi Yuri Mora CNN en Español-a açıqlama verib.
Paytaxt Tequsiqalpanın yaxınlığında yerləşən qadın həbsxanasında başlayan iğtişaşlarda ölənlərin sayının artacağı ehtimal edilir.
Ölənlərin bəziləri yanıq nəticəsində ölüb, bəziləri isə güllə yarası alıb.
Qeyd edək ki, Honduras həbsxanalardakı insidentlərlə tanınır. Ölkədə inayətkarlığın artması fonunda həbsxanalar həddindən artıq sıxlıq və pis şəraitə görə tənqid olunur.
Busaat.az























