
”Hücumu reallaşdıranları izləyəcək, onlardan qisas alacağıq” - Bayden
ABŞ prezidenti Co Bayden Əfqanıstandakı partlayışlarla bağlı açıqlama verib.
Busaat.az bildirir ki, ölkə başçısı çıxışında İŞİD-i hədəf alaraq xəbərdarlıq edib. Bayden baş verənləri anbaan izlədiklərini vurğulayıb.
“Bu hücumları gözləyirdik. Təxliyə prosesini davam etdirib missiyamızı tamamlayacağıq. Kabildəki partlayışları isə İŞİD-in Xorasan qolu edib. Bunu bağışlamayacağıq, hücumu reallaşdıranları izləyəcək, onlardan qisas alacağıq”.
Bayden həmçinin Xorasan qrupuna hücumla bağlı komandirlərə əmr verdiyini də deyib.























