
İbrahim Kalının iştirakı ilə planlaşdırılan konsert ləğv edildi
Türkiyə kəşfiyyatına yeni rəhbər təyin olunan İbrahim Kalının iştirakı ilə iyulun 6-da İstanbulda keçirilməsi planlaşdırılan konsert ləğv edilib.
Busaat.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Siyasətçi bir neçə mahnı yazdırıb, oxuyur və saz çalır. Kalın 2022-ci ilin oktyabrında daha üç musiqiçi ilə birlikdə 4-cü Beynəlxalq Xalq Musiqisi Festivalı çərçivəsində konsert proqramı ilə çıxış edib.
İyulun 6-da isə Kalın İstanbulda açıq hava məkanında konsert verməli idi.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İbrahim Kalını ölkənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri təyin edib. Kalın 2014-cü ildən Türkiyə Prezidentinin rəsmi nümayəndəsi kimi fəaliyyət göstərirdi.
Busaat.az























