Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft92.06 $▲0.69%
  • WTI neft86.29 $▲0.72%
  • Avropa qazı (TTF)84.95 €▲3.18%
  • Təbii qaz (ABŞ)3.297 $▲2.61%
  • Qızıl4 043 $▼1.99%
  • Gümüş51.52 $▼3.25%
  • Pambıq78.28 ¢▼0.61%
  • Buğda591.50 ¢▲0.47%
  • Bitcoin73 554 $▼2.26%
  • Ethereum2 045 $▼4.12%
  • S&P 5007 521▼0.37%
5°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Dünya

İbrahim Rəisi Paşinyan və Xaçaturyanla telefonla danışdı - Yenilənib

image-1200x675_cmsv2_c89812a7-7da0-5b2c-ad97-341a8f514158-5783586
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ermənistanın Baş naziri Nikol Paşinyanla İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı baş tutub.

Busaat.az  xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.

Tərəflər söhbət zamanı əsas olaraq regional kommunikasiyaların açılmasını, Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyasının başlamasını, eləcə də sözügedən hər iki ölkə arasında münasibətlərin normallaşması perspektivlərini müzakirə ediblər.

Bununla yanaşı, N.Paşinyan İran Prezidentinə mayın 22-si Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında baş tutan üçtərəfli görüşlə bağlı təəssüratlarını çatdırıb.

Paşinyan və Rəisi bir-birilərini rəsmi səfərə dəvət ediblər.

***

İbrahim Rəisi, həmçinin Ermənistan Prezidenti Vaaqn Xaçaturyanla telefonla danışıb. 

Söhbət zamanı Xaçaturyan Bakı və İrəvan arasında aparılan danışıqlar barədə iranlı həmkarını məlumatlandırıb.

Bununla yanaşı, Ermənistan Prezidenti “altılıq platforması”nın növbəti iclasının Tehranda keçirilməsini təklif edib.

İ.Rəisi isə Ermənistan və Azərbaycan arasındakı sülhlə bağlı danışıqları məmnuniyyətlə qarşıladığını qeyd edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=78643