İbrahimoviç “Milan”da qalacağını təsdiqlədi

İbrahimoviç “Milan”da qalacağını təsdiqlədibackend

Zlatan İbrahimoviç “Milan”la müqaviləni uzadacağı haqda yayılan məlumatları təsdiqləyib.

Busaat.az xəbər verir ki, 39 yaşlı hücumçu İnstaqram səhifəsində “Milan”ın forması ilə şəklini paylaşaraq yazıb: “Dediyim kimi, indiyədək sadəcə, isinirdim”.

Klubun idman direktoru Paulo Maldini də bu yaxınlarda verdiyi açıqlamada isveçli forvardla danışıqları yekunlaşdırmaq üzrə olduqlarını bildirmişdi.

Xatırladaq ki, Z.İbrahimoviç bu ilin yanvarında “Milan”a keçib. O, 2019/2020 mövsümünün ikinci yarısından meydana çıxdığı 18 oyunda 11 qol vurub və 5 qolun ötürməsini verib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90