Məzmuna keç
  • Azeri Light106.81 $▼5.85%
  • Brent neft96.81 $▲3.44%
  • WTI neft90.20 $▲4.08%
  • Avropa qazı (TTF)89.87 €▲5.69%
  • Təbii qaz (ABŞ)2.966 $▲1.16%
  • Qızıl4 134 $▼0.39%
  • Gümüş52.81 $▼0.55%
  • Pambıq78.45 ¢▲0.47%
  • Buğda600.75 ¢▲0.17%
  • Bitcoin76 117 $▼5.36%
  • Ethereum2 254 $▼6.92%
  • S&P 5007 433▼3.33%
15°Bakı
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
Hadisə

İdarə rəisi: "Azərbaycanın məhkəmə-hüquq sistemi Avropa standartlarına cavab verir"

image-elnur-musayev
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Azərbaycanın məhkəmə-hüquq sistemi və prokurorluq orqanlarının təcrübəsi Avropa standartlarına tam şəkildə cavab verir”.

Busaat.az-ın xəbərinə görə, bunu Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev Gürcüstanda keçirilən “Uşaqların hüquqlarının müdafiəsi və cəmiyyətə inteqrasiyası” adlı beynəlxalq konfransda deyib.

O, tədbir çərçivəsində bir çox ölkələrin təcrübələri ilə tanış olduğunu bildirib: “Gürcüstanda hüquqpozma törətmiş azyaşlıların müdafiəsi aidiyyəti qanunvericiliyin qəbulu, ixtisaslaşmış qurumların təsis olunması və təkmilləşdirilməsi yolu ilə həyata keçirilir. Onlar 12 ildən çoxdur ki, bu təcrübəni həyata keçirirlər”.

Baş Prokurorluq rəsmisi vurğulayıb ki, toplantıda azyaşlıların məsuliyyətə cəlb olunması üçün nəzərdə tutulan alternativ üsulları müzakirə ediblər: “Azərbaycanın məhkəmə-hüquq sistemində və prokurorluq orqanlarında son dövrlər həyata keçirilən islahatlar, ixtisaslaşmış qurumların fəaliyyət göstərməsi və azyaşlıların hüquqlarının qorunması sahəsində görülən işləri tədbir iştirakçılarının diqqətinə çatdırdıq”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=124940