
İDF: "İsrail Qəzzada HƏMAS-ın hərbi dəniz obyektlərinə zərbələr endirib"
İsrail Müdafiə Qüvvələri (IDF) çərşənbə günü Qəzza zolağında Fələstinin radikal HƏMAS təşkilatının hərbi dəniz obyektlərinə zərbələr endirib.
Busaat.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İDF) mətbuat xidmətindən bildirilib.
“Son bir neçə saat ərzində HƏMAS-ın hərbi dəniz obyektlərinə, o cümlədən Xan Yunis və Qəzzadakı limanlara zərbələr endirilib”, – bəyanatda deyilir.
İDF-nin məlumatına görə, HƏMAS bu obyektlərdən İsrail sahillərində terror aktları törətmək üçün istifadə edib.
Mətbuat xidməti həmçinin bildirib ki, İsrail ərazisinə sızmağa cəhd edən HƏMAS-ın dalğıcının öldürüldüyü deyilir.
Günün əvvəlində İsrail Müdafiə Qüvvələri Qəzza zolağının Dərəc-Tuffah bölgəsində 70-dən çox, Əl Furqan rayonunda isə 200-dən çox hədəfə hava zərbələri endirib.























