İHA-ların gizlədildiyi silah anbarı bombalandı – Toqquşmalar şiddətlənib

image-1425736backend

Yəməndə toqquşmalar yenidən şiddətlənib. 

Metbuat.az xəbər verir ki, koalisiya qüvvələri Husi üsyançılarının Sanadakı mövqelərinə hücum edib.

Məlumata görə, hücum zamanı üsyançıların pilotsuz uçuş aparatlarının saxlanıldığı və təmir edildiyi 4 gizli silah anbarı bombalanıb. Həmçinin ballistik raketlərin saxlanıldığı iki mağara yerlə bir edilib. Üsyançılar hücumların baş verdiyini açıqlasa da, fəsadlara dair məlumat yoxdur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki