Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft89.44 $▼3.28%
  • WTI neft82.31 $▼2.87%
  • Avropa qazı (TTF)81.11 €▼5.12%
  • Təbii qaz (ABŞ)3.372 $▲6.64%
  • Qızıl3 747 $▼1.04%
  • Gümüş45.29 $▼1.14%
  • Pambıq80.23 ¢▼1.40%
  • Buğda584.50 ¢▼3.43%
  • Bitcoin62 597 $▲0.58%
  • Ethereum1 770 $▲0.46%
  • S&P 5007 324▼0.23%
11°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Siyasət

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanla görüşdü - YENİLƏNİB/FOTO

image-1638112027_ec8f10bb-2379-3b0e-ab25-3339451f2cf8
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Noyabrın 28-də Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub.

Busaat.az xəbər verir ki, görüşdə iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinin strateji müttəfiqlik xarakteri daşıdığı bir daha qeyd edildi.
Söhbət zamanı, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində aparılan müzakirələrə toxunuldu, ötən dövr ərzində Türkiyənin təşkilata sədrliyi yüksək qiymətləndirildi.
Eyni zamanda, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi, həmçinin postmünaqişə dövründə Cənubi Qafqazda gedən proseslər və mövcud vəziyyət barədə ətraflı fikir mübadiləsi aparıldı.
Prezidentlər, həmçinin enerji və nəqliyyat məsələlərini müzakirə etdilər.
19:06
Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib.
Busaat.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=64436