
İlin əvvəlindən ABŞ-də baş verən atışmalarda 25 mindən çox insan həlak olub
İlin əvvəlindən ABŞ-də 25 mindən çox insan odlu silahdan istifadənin qurbanı olub.
Busaat.az xəbər verir ki, bu barədə Gun Violence Archive təşkilatının hesabatında bildirilir.
Hesabata görə, atışma nəticəsində 25 186 nəfər ölüb, onlardan 170-i 11 yaşa qədər uşaq, 878-i 12-17 yaşlı yeniyetmədir. 22 mindən çox insan isə yaralanıb.
Axios-un hesablamalarına görə, ölkədə gündə orta hesabla iki kütləvi atışma baş verir. Statistikalar göstərir ki, 2023-cü ildə onların rekord sayı qeydə alına bilər. Müqayisə üçün qeyd edək ki, əvvəlki rekordun qeydə alındığı 2021-ci ildə ABŞ-də 690 kütləvi atışma olub.
Busaat.az























