İlk dəfə Milli Məclisin videokonfransı keçirilib

İlk dəfə Milli Məclisin videokonfransı keçirilibbackend

Xəbər verdiyimiz kimi, Milli Məclis Sədrinin təşəbbüsü ilə ölkədə koronovirus infeksiyasının yayılmasına qarşı görülən sistemli tədbirlərin tərkib hissəsi kimi parlamentdə də bu sahədə işlər aparılır. 

Parlamentin Mətbuat Xidmətindən daxil olan məlumata görə, Milli Məclisdə idarəetmə artıq stasionar, mobil və internet rabitələri vasitəsilə həyata keçirilir. Parlament rəhbərliyi ilə komitə və komissiyaların rəhbərləri, parlamentdə təmsil olunan siyasi partiyaların liderləri, habelə parlament aparatının və işlər idarəsinin məsul vəzifəli şəxsləri arasında informasiya mübadiləsi internet üzərindən həyata keçirilir.

Bu gün Milli Məclisin rəhbərliyi ilə komitə sədrlərinin internet üzərindən ilk dəfə olaraq videokonfransı keçirilib. Videokonfransda martın 30-da keçiriləcək plenar iclasın gündəliyi və cari məsələlər müzakirə olunub, geniş fikir mübadiləsi aparılıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90