İlon Mask bir günə 6 milyard dollar qazandı

image-elon-muskbackend

Ötən gün ərzində “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Maskın sərvəti 6 milyard dollar artıb.

Busaat.az  xəbər verir ki, bu barədə “Forbes” məlumat verib. Hazırda Maskın 169,8 milyard dollar sərvəti olduğu bildirilir.

“Forbes” nəşrinə görə, İlon Mask dünyanın ən zəngin ikinci adamıdır (birinci yeri “Amazon”un baş direktoru və qurucusu Ceff Bezos tutur – red.). “Tesla”nın qurucusunun sərvət artımı rüblük qazancın açıqlanmasının ardından elektrik avtomobil istehsalçısının səhmlərinin bahalaşmasından qaynaqlanır.

Xatırladaq ki, 2 apreldə “Tesla” rüblük hesabatında ilin ilk üç ayında 184,800 elektrikli avtomobil satdığını açıqlamışdı. Bu, 2020-ci ilin birinci rübündə satılan elektrikli nəqliyyat vasitələrinin sayından iki dəfədən çoxdur. Bundan əlavə, bu rəqəm 168.000 ədəd elektrikli avtomobil satışı proqnoz edən “Wall Street”  analitiklərinin proqnozlarını da üstələyib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90