İlon Mask Los-Ancelesdəki evini 29 milyon dollara satdı

İlon Mask Los-Ancelesdəki evini 29 milyon dollara satdıbackend

Tesla və SpaceX şirkətlərinin rəhbəri İlon Mask ABŞ-ın Los-Anceles şəhərində (Kaliforniya ştatı) yerləşən evlərindən birini 29 milyon dollara satıb.

İlon Maskın evi may ayında 30 milyon dollara satışa çıxarılmışdı. İ.Maks bu evi 2012-ci ildə “Canyon Capital” “hec fond”unun banilərindən biri olan Mitçel Culisdən 17 milyon dollara alıb.

Bildirilir ki, satılan evin yerləşdiyi rayonda İ.Maskın daha beş mülk var.

Xatırladaq ki, may ayının əvvəli İ.Mask ilk növbədə daşınmaz əmlak olmaqla bütün əmlakını satacağına söz verib. “The Wall Street Journal”a müsahibəsi zamanı öz qərarını həyatını asanlaşdırmaq istəyi ilə izah edib.

“Forbes” jurnalının son hesablamalarına görə, İlon Maskın sərvəti 42,4 milyard dollardır. O, dünyanın ən varlı insanları arasında 31-ci yerdə qərarlaşıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90