
İlon Mask Twitter-dəki postundan istefa verəcək? – Sorğunun nəticəsi açıqlandı
Twitter-in yeni sahibi olan və satınalma prosesindən sonra CEO kürsüsündə oturan Elon Musk, ” CEO olaraq işimi tərk etməliyəmmi?” – deyə, Twitter istifadəçiləri arasında sorğu keçirib.
Busaat.az xəbər verir ki, sorğunun nəticələri Maskın ürəyincə olmayıb.
Belə ki, 17 milyondan çox Twitter istifadəçisinin səs verdiyi sorğuda respondentlərin 57,5 faizi Maskın istefa verməli olduğunu bildirib. Bu nəticələrdən sonra bir müddət səssiz qalan Mask bu gün açıqlama verib. Milyarder iş adamı yeni əvəzləyici tapana qədər bu işini davam etdirəcəyini bildirib.
Mask qeyd edib: “Bu işi götürəcək qədər axmaq birini tapan kimi CEO vəzifəmi tərk edəcəm! Bundan sonra mən yalnız proqram təminatı və server komandaları ilə işləyəcəm”.
Busaat.az























