
"İndi onların böyük və gözəl bir ittifaqı var" - Tramp
2024-cü ildə yenidən prezidentliyə namizədliyini irəli sürməyə hazırlaşan keçmiş ABŞ prezidenti Donald Tramp Co Bayden administrasiyasının ölkəni müharibəyə sürüklədiyini deyib.
Busaat.az xəbər verir ki, Donald Tramp prezident Co Baydeni xarici siyasəti ilə Rusiya-Çin ittifaqının formalaşmasında “pioner” olmaqda ittiham edib.
“Bayden administrasiyası Rusiyanı birbaşa Çinin əlinə verib. Bu qəbuledilməzdir”, – Tramp deyib.
Rusiya ilə Çin arasındakı münasibətlərə toxunan Tramp əlavə edib: “İndi onların böyük və gözəl bir ittifaqı var. Çin üçün bu, uşaqdan konfet almaq kimi bir şeydi. Çox asan oldu”.
Üçüncü Dünya Müharibəsindən qurtulmaq üçün onun ABŞ-də yenidən prezident seçilməsi lazım olduğunu bildirən Tramp, “Söz verə biləcək yeganə namizəd olaraq qarşınızdayam. Üçüncü Dünya Müharibəsinin qarşısını alacağam, çünki bu müharibəyə inanıram. Bu, baş verəcək”, – deyə əlavə edib.
Busaat.az























