İndoneziyada ilk peyvənd Prezidentə vuruldubackend

İndoneziyada koronavirus peyvəndinin tətbiqinə start verilib.

Busaat.az xəbər verir ki, ilk vaksin Prezident Coko Vidodoya vurulub.

Dövlət başçısına Çin istehsalı olan “Sinovac” peyvəndi Cakartadakı Prezident Sarayında tətbiq olunub.

“Çin istehsalı olan peyvənd vurdurdum. İndoneziya Qida və Dərman Nəzarəti Agentliyinin (BPOM) qiymətləndirməsinə görə, onun effektivliyi 65,3 faizdir. “COVID -19” peyvəndinin ən qısa müddətdə ölkə daxilində tətbiqi əmrini verdim”, – deyə Prezident bildirib.

Vidododan sonra səhiyyə naziri Budi Günadi Sadikin də peyvəndləmədə iştirak edib.