
İndoneziyada zəlzələ baş verib
İndoneziyanın Şimal Sumatra əyalətində 5,9 bal gücündə zəlzələ baş verib.
Busaat.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Tədqiqat Mərkəzi (GTM) məlumat yayıb.
Məlumata görə, zəlzələ Sibolqa şəhərinin 40 km şimal-şərqində 13,2 km dərinlikdə baş verib.
İndoneziya Meteorologiya, Klimatologiya və Geofizika Agentliyi zəlzələ nəticəsində 1 nəfərin həyatını itirdiyini, 9 nəfərin yaralandığını açıqlayıb.
Qeyd edək ki, zəlzələdən sonra sunami xəbərdarlığı verilməyib.
Busaat.az























