
İndoneziyada zəlzələ baş verib
İndoneziyada 6,2 bal gücündə zəlzələ baş verib.
Busaat.az xəbər verir ki, bu barədə İndoneziyanın Geofizika və Klimatologiya Agentliyi məlumat yayıb.
Məlumata görə zəlzələnin episentri Kiromdan 69 km cənub-şərqdə, 33 km dərinlikdə yerləşib.
Agentlik sakinlərə potensial afterşoklara qarşı diqqətli olmağı tövsiyə edib.
Busaat.az























