
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 162 nəfərə çatıb
İndoneziyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 162 nəfərə çatıb və ölənlərin əksəriyyətinin uşaq olduğu bildirilib.
Busaat.az xəbər verir ki, 5,1 bal gücündə baş verən zəlzələnin episentri ölkənin paytaxtı Cakartadan 74 kilometr cənub-şərqdə yerləşib.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələnin mənbəyi yerin 5 kilometr dərinliyində olub.
Qeyd edək ki, daha əvvəl 56 nəfərin öldüyü barədə məlumat verilib.
Əlavə edək ki, Sakit okean hövzəsindəki qırılma xətləri səbəbindən İndoneziyada zəlzələlər, vulkan püskürmələri və sunamilər tez-tez baş verir. 2004-cü ildə baş verən güclü zəlzələ və sunami təxminən 230 000 insanın ölümünə səbəb olub.
Busaat.az























