Məzmuna keç
  • Brent neft88.68 $▼4.10%
  • WTI neft81.89 $▼3.36%
  • Avropa qazı (TTF)81.11 €▼5.12%
  • Təbii qaz (ABŞ)3.377 $▲6.80%
  • Qızıl3 728 $▼1.56%
  • Gümüş44.98 $▼1.82%
  • Pambıq80.23 ¢▼1.40%
  • Buğda586.75 ¢▼3.06%
  • Bitcoin62 307 $▼3.96%
  • Ethereum1 762 $▼3.34%
  • S&P 5007 324▼0.23%
8°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Dünya

İngiltərə Aİ-dən sonra ilk ticarət razılaşmasını Türkiyə ilə imzalayacaq

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Dekabrın 29-da Böyük Britaniya və Türkiyə arasında sərbəst ticarət razılaşması imzalanacaq.

Busaat.az xəbər verir ki, bu barədə İngiltərənin Ticarət Nazirliyi açıqlama verib. Bildirilib ki, Avropa İttifaqı ilə əldə olunan razılaşmadan sonra sərbəst ticarət razılaşmasının imzalanacağı ilk ölkə Türkiyə olacaq.

İngiltərə ticarət naziri Elizabet Trass Türkiyə ilə imzalanacaq müqavilənin ilkin mərhələdə iki ölkə arasındakı mövcud ticarət şərtlərini qorumağı hədəflədiyini bildirib.

İngiltərədəki istehsal sənayesi, avtomobil və polad sənayesindəki razılaşmanın minlərlə insana etibarlı məşğulluq təmin edəcəyini vurğulayan Trass, “Türkiyə ilə daha iddialı, iki ölkə üçün xüsusi əhəmiyyət daşıyacaq bir ticarət müqaviləsini yaxın gələcəkdə imzalamağa çalışırıq”,-deyə qeyd edib.

Türkiyə ilə imzalanacaq müqavilə İngiltərənin “Brexit” sonrası sərbəst ticarət müqavilələri siyahısında ticarət həcminə görə 5-ci sırada yer alacaq.

İki ölkə arasındakı ticarətin maliyyə dəyəri 19 milyard funt-sterlinq olaraq qiymətləndirilir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=29179