
İngiltərə Suriyaya qarşı sanksiyaları yumşalda bilər
Britaniya hökuməti Suriyaya humanitar yardımın göstərilməsi prosesini asanlaşdırmaq üçün tətbiq edilən sanksiyaların bir qismini yumşalda bilər.
Busaat.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın nəqliyyat nazirinin müavini Riçard Holden “Sky News” telekanalına açıqlamasında bildirib.
“Hökumət bütün bu məsələləri öyrənəcək, lakin mən əminəm ki, qərarlar qəbul edərkən biz ABŞ kimi NATO üzrə əsas tərəfdaşlarımızla hərəkətləri yaxından əlaqələndirəcəyik”, – deyə Holden vurğulayıb.
Qeyd edək ki, yanvarın 9-da ABŞ Ticarət Departamenti də Suriyaya tətbiq edilən sanksiyaları 8 avqust 2023-cü ilə qədər zəlzələdən xilasetmə əməliyyatları başa çatanadək ləğv edəcək.
Busaat.az























