
İngiltərə Ukraynaya döyüş təyyarələri göndərməyi planlaşdırmır - Baş Nazirin sözçüsü
Böyük Britaniya Ukraynaya döyüş təyyarələri verməyi praktiki hesab etmir.
Busaat.az xəbər verir ki, bu barədə Baş nazir Rişi Sunakın sözçüsü bildirib.
“Biz hesab edirik ki, bu təyyarələrin Ukraynaya göndərilməsi praktiki deyil”, – Reuters Baş nazirin sözçüsündən sitat gətirib.
“Biz müttəfiqlərimizlə nəyin düzgün yanaşma olduğunu müzakirə etməyə davam edəcəyik”, – deyə əlavə edib.
Onun sözlərinə görə, Britaniya “qırıcı təyyarələri son dərəcə mürəkkəbdir və uçmağı öyrənmək üçün aylar lazımdır”.
Busaat.az























